Karlovı Varı Beynəlxalq Film Festivalının direktoru və kino mütəxəssisləri Bakıda “master klass” keçəcəklər

Karlovı Varı Beynəlxalq Film Festivalının direktoru və kino mütəxəssisləri Bakıda “master klass” keçəcəklər
# 08 avqust 2014 16:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Karlovı Varı Beynəlxalq Film Festivalının direktoru və kino mütəxəssisləri “Azərbaycanfilm” kinostudiyasının dəvəti ilə bu ilin sentyabrında Bakıya səfər edəcək.

Bunu APA-ya açıqlamasında C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

Onun sözlərinə görə, kino sahəsində çalışan gənclərin öz layihələrini Avropada təqdim etməsi üçün “master klass” keçməyə ehtiyacları var: “Müasir layihələr dünyada necə həyata keçirilir, böyük fondlar və şirkətlərlə layihələr həyata keçirməyin prinsipləri nədir və s. bu istiqamətdə bizim gənclərin məlumatlandırılması vacibdir. Bununla əlaqədar ötən il biz “Xəzər” layihəsini keçirib, Avropadan beş mütəxəssis cəlb etmişdik. Yeni layihə bu prosesin davamıdır. Eyni zamanda bu layihələr kömək edəcək ki, gənclər gələcəkdə müraciət etdikləri mövzuların aktuallığını əsaslandıra bilsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR