Bakıda Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO

Bakıda Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib   - <span style="color: red;">FOTO
# 23 noyabr 2012 14:02 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan və Litva Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş çərçivəsində tərəflər Azərbaycan-Litva münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.

Nazir müavini Xələf Xələfov Litva nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib və bunun iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib. Azərbaycanın Avropa institutlarına inteqrasiyasının prioritet olduğunu deyən nazir müavini ölkəmizin Litva, o cümlədən Avropa Birliyi üçün mühüm ölkə, təhlükəsizlik və enerji təhlükəsizliyi sahələrində etibarlı tərəfdaş olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir müavini Xələf Xələfov litvalı qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi haqda ətraflı məlumat verib və Avropa Birliyinin münaqişə ilə bağlı daha konkret mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Həmçinin münaqişə həll olunmadan regionda inkişafın və davamlı stabilliyin olmayacağı da bildirilib.

Litva Xarici İşlər Nazirliyinin Şərq Qonşuluq Siyasəti idarəsinin rəisi Edminas Baqdonas Azərbaycanda müşahidə etdiyi inkişafın onda xoş təəssürat yaratdığını bildirib. Litvanın 2013-cü ilin ortalarından etibarən Avropa Birliyinə sədrlik edəcəyini diqqətə çatdıran Edminas Baqdonas ölkəsinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində proqrama üzv ölkələrlə, o cümlədən Azərbaycanla daha effektiv əməkdaşlıq edəcəklərini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR