İranda baş verən zəlzələdə 5 nəfər həlak olub

İranda baş verən zəlzələdə 5 nəfər həlak olub
# 05 dekabr 2012 23:09 (UTC +04:00)

Bakı-APA. İranın şərqində baş verən zəlzələdə 5 nəfər həlak olub. Bu barədə Frans Press agentliyi məlumat yayıb.

Bu gün axşam saatlarında İranın şərqində 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə APA ABŞ Geoloji Xidmətinə istinadən bildirir. Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla 20.38-də (Bakı vaxtı ilə 21.08) Xorasan vilayətinin inzibati mərkəzi olan Bircənd şəhərindən şimal-qərbində qeydə alınıb. Zəlzələ episentri 5,4 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, avqustun ortalarında İranın Şərqi Azərbaycan vilayətində 6,5 bal gücündə güclü zəlzələ baş vermişdi. Yeraltı təkanlar nəticəsində Təbriz şəhərinin ətrafında yerləşən qəsəbələr dağılmış, 300-dən çox insan həlak olmuş, minlərlə insan xəsarət almışdı.

Qeyd edək ki, İran dünyanın 10 ən seysmik təhlükəli rayonların siyahısına daxildir. 2003-cü ilin dekabrında Bam şəhərində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində 31 mindən çox insan həlak olub, 42 mindən çox insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR