Azərbaycanda pul bazası apreldə azalıb

Azərbaycanda pul bazası apreldə azalıb
# 03 may 2013 13:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2013-cü ilin mayın 1-nə 10 094,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin mayın 1-nə nisbətən bu göstərici 1 948,3 mln. manat və ya 23,9% artıb.

Eyni zamanda, aprel ayında pul bazası 100,9 mln. manat və ya 1,0% azalıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir. Bu vəsaitlər hesabına Mərkəzi Bank kommersiya bankları qarşısında və digər öhdəliklərini icra edir. Pul bazasının illik müqayisədə genişlənməsi ölkədə son bir ildə pul təklifinın artmasını əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR