Misirdə ana müxalifət prezident Məhəmməd Mursinin istefasını tələb edib

Misirdə ana müxalifət prezident Məhəmməd Mursinin istefasını tələb edib
# 03 fevral 2013 04:27 (UTC +04:00)

Bakı-APA. Misirdə “Milli qurtuluş cəbhəsi” aparıcı müxalifət partiyası ölkə başçısı Məhəmməd Mursini istefa verməyə çağırıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.

“Milli qurtuluş cəbhəsi islamçıları hakimiyyətdən kənarlaşdırmaq çağırışlarına qoşulur və Məhəmməd Mursini qətllər və işgəncələr törətdiyinə görə məhkəməyə cəlb olunmasını tələb edir”, deyə sənəddə qeyd olunur. Partiya tərəfdarlarını dinc aksiyalar keçirməyə çağırıb və bundan sonra prezidentlə dialoqu istisna edib. Cəbhəçilərin danışıqlar masasına qayıtmasına yeganə şərt – “qan tökülməsinin dayandırılması və buna görə məsuliyyətli şəxslərin məhkəməyə cəlb olunması” irəli sürülür.

Qeyd edək ki, “Milli qurtuluş cəbhəsi” Misirin aparıcı müxalifət partiyası sayılır. Partiyaya Nobel mükafatçısı Məhəmməd əl Baradei və Ərəb dövlətləri Liqasının keçmiş rəhbəri Əmr Mussa liderlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR