Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Postsovet məkanındakı münaqişələrin yenidən alovlanması ehtimalı artıb”

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Postsovet məkanındakı münaqişələrin yenidən alovlanması ehtimalı artıb”
# 16 aprel 2015 11:28 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada keçirilən IV Beynəlxalq Təhlükəsizlik Konfransındakı çıxışında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından ötən müddətdə Moldova ilə Dnestryanı Moldova Respublikası, Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında, Azərbaycanla Ermənistan arasında isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna dair münaqişələr nizamlanmamış qalır: “Rusiyanın ABŞ və Avropa ilə münasibətlərinin kəskinləşməsi fonunda postsovet məkanında mövcud olan bu konfliktlərin yenidən alovlanması ehtimalı artır. Dövlətimizin sərhədləri yaxınlığında silahlı qarşıdurmaların yenidən başlanması təhlükəsi mövcuddur.

Gürcüstan hakimiyyəti bu gün Abxaziya və Cənubi Osetiyanı güc yolu ilə tərkibinə qatmaq niyyətində olduğunu bildirir. Son vaxtlar Kişinyov “yeni” Ukraynanın dəstəyi ilə Rusiya sülhməramlılarının Dnestryanıdan çıxarılmasını tələb edir, tanınmayan respublikanı iqtisadi blokadada saxlamaqda davam edir. Bütün bunlar isə həmin regionlarda gərginliyin artmasına təkan verir. Bununla bağlı tərəfimizdən müvafiq tədbirlərin görülməsini vacibdir”, - deyə Baş Qərargah rəisi bildirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR