Bakıda «KamAZ» maşınını qaçırmaqda şübhəli bilinən şəxslər tutulub

Bakıda «KamAZ» maşınını qaçırmaqda şübhəli bilinən şəxslər tutulub
# 29 oktyabr 2015 08:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BPİ) APA-ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi və Nərimanov rayon 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 27-də Bakı şəhər sakini Qaraş Məmmədova məxsus «Daewoo-Centra» markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Seyran Allahverdiyev oktyabrın 28-də Bakı - Qazax yolunun 350-ci kilometrliyində saxlanılıb.

Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti (TŞX), Nərimanov rayon 17-ci Polis Bölməsi - TŞX və Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 25-nə keçən gecə PYUA küçəsindən Talıb Şirinova məxsus «KamAZ» markalı avtomobili qaçırmaqda şübhəli bilinən Salyan rayon sakinləri - 1978-ci il təvəllüdlü İkram Əliyev və 1991-ci il təvəllüdlü Əhmədağa Cəbrayılov avtomobillə birlikdə tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR