Rumıniyada “SOCAR” brendi ilə 31-ci YDM istifadəyə verilib

Rumıniyada “SOCAR” brendi ilə 31-ci YDM istifadəyə verilib
# 15 dekabr 2014 16:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün ölkənin şimalında, Ukrayna ilə sərhəddə yerləşən Bistritsa şəhərində “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Bununla da, Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 31-ə çatıb.

Açılış mərasimində ARDNŞ-nin Rumıniya Nümayəndəliyinin əməkdaşları, Bistritsa şəhər icra hakimiyyəti və yerli dövlət qurumlarının təmsilçiləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Geniş torpaq sahəsinə malik YDM-də “Benzin 95” və 98, “Dizel Euro 5” və “Super Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə 3 kiçik və 1 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin edilməsinə imkan verən 2 sayğac quraşdırılıb.

Qeyd edək ki, SOCAR artıq Rumıniyanın 14 regionunda yanacaqdoldurma məntəqələrinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR