Qaxda 3 gün əvvəl itkin düşən 76 yaşlı kişinin meyiti tapılıb

Qaxda 3 gün əvvəl itkin düşən 76 yaşlı kişinin meyiti tapılıb
# 18 dekabr 2014 12:11 (UTC +04:00)

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qaşqaçay kənd sakini, 1938-ci il təvəllüdlü Səməndər Hacı oğlu Quliyevin meyiti çay kənarında tapılıb. Onun yıxılaraq aldığı xəsarətdən öldüyü ehtimal edilir.

Qeyd edək ki, Səməndər Quliyev dekabrın 15-də saat 15:00 radələrində kəndin yaxınlığındakı dağlıq meşəlik ərazidə meyvə yığmaq adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi barədə ailə üzvləri polisə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR