Səudiyyə Ərəbistanı kralı: "Yəmənə qarşı hərbi kampaniya davam etdiriləcək"

Səudiyyə Ərəbistanı kralı: "Yəmənə qarşı hərbi kampaniya davam etdiriləcək"
# 28 mart 2015 12:13 (UTC +04:00)

Bakı - APA. "Fars körfəzi ölkələri koalisiyasının Yəmənə qarşı apardığı həbi kampaniya öz məqsədlərinə çatana qədər davam etdiriləcək".

APA-nın "Agence France-Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Misirdə keçirilən Ərəb Ölkələri Liqasının Sammitində Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl-Səud deyib.

"Hərbi kampaniya Yəmən xalqının təhlükəsizliyi təmin olunanadək davam edəcək", - deyə kral qeyd edib.

Qeyd edək ki, koalisiya Yəməndə hərbi əməliyyatlara martın 26-da başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR