Mikayıl Cabbarovun vətəndaşları qəbul gününün vaxtında dəyişiklik olub

Mikayıl Cabbarovun vətəndaşları qəbul gününün vaxtında dəyişiklik olub
# 21 avqust 2015 14:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Təhsil naziri Mikayıl Cabbarovun avqustun 24-ə nəzərdə tutulmuş Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərini qəbulu vaxtında dəyişiklik edilib. Nazirlikdən APA-ya verilən məlumata görə, M. Cabbarov avqustun 27-də Sumqayıt şəhərindəki Tarix Muzeyində Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərini qəbul edəcək.

24 avqust tarixinə nəzərdə tutulmuş qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar 27 avqust tarixində qəbul ediləcəklər.

Nazirlik qeydiyyatdan keçmiş vətəndaşlardan qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etmələrini xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR