“Xəzər Lənkəran” yığmamızın sabiq qapıçısı Cahangir Həsənzadə ilə müqavilə bağlayıb

“Xəzər Lənkəran” yığmamızın sabiq qapıçısı Cahangir Həsənzadə ilə müqavilə bağlayıb
# 22 avqust 2014 12:32 (UTC +04:00)

Bakı – APA. "Xəzər Lənkəran" daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi heyətini təcrübəli qapıçı Cahangir Həsənzadə ilə gücləndirib.

Son 5 mövsümü AZAL-ın heyətində keçirən millimizin sabiq qapıçısı “Xəzər Lənkəran”a azad oyunçu statusu ilə qoşulub.

Həsənzadə ilə klub arasında 1 il müddətinə müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR