Rusiya XİN: ABŞ əsgərləri Ukraynaya sülh gətirməyəcək

Rusiya XİN: ABŞ əsgərləri Ukraynaya sülh gətirməyəcək
# 17 aprel 2015 21:35 (UTC +04:00)

APA-nın məlumatına görə, Rusiya XİN-in bəyanatında belə deyilir.

Sənəddə qeyd olunur ki, bu Ukraynaya müasir ABŞ silahlarının verilməsində ilk addım kimi qiymətləndirilir.

“ABŞ əsgərləri Ukraynaya sülh gətirməyəcək. Vaşinqtonun qisasçılıq siyasətinə dəstəyi Ukraynada kütləvi qanın tökülməsi ilə nəticələnə bilər”, sənəddə deyilir.

Həmçinin, bəyanatda ABŞ-ın hərəkətlərinin Minsk razılaşmasına tamamilə zidd olduğu vurğulanır.

Bundan əvvəl ABŞ dövlət departamenti Ukraynaya hərbçilərin gəlməsini Donbasdakı vəziyyətlə bağlı olmadığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR