Bakıda Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfrans keçiriləcək

Bakıda Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfrans keçiriləcək
# 25 avqust 2014 12:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabrın 10-11-də Bakıda Avropa Şurasına (AŞ) üzv ölkələrdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfrans keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın AŞ-nın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutacaq tədbirdə Şuraya üzv ölkələrin əmək və sosial müdafiə sahəsi üzrə hökumət qurumlarının məsul şəxsləri iştirak edəcək.

2001-ci ildən AŞ-nın üzvü olan Azərbaycan ötən müddətdə təşkilatın insan hüquqları, həmçinin sosial hüquqlarla bağlı mühüm sənədlərini ratifikasiya edib. Həmin sənədlərin, o cümlədən insanların mühüm sosial hüquqlardan istifadəsinə əlverişli şəraitin yaradılmasını nəzərdə tutan Sosial Birlik üzrə Strategiyanın və Fəaliyyət Planının prinsiplərinin icrası sahəsində Azərbaycanda məqsədyönlü işlər görülür, sosial qanunvericilik qabaqcıl Avropa dəyərlərinə uyğunlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR