Bakıda beynəlxalq təhsil sərgisi keçirilir - FOTO

Bakıda beynəlxalq təhsil sərgisi keçirilir - <span style="color: red;">FOTO
# 10 noyabr 2012 10:34 (UTC +04:00)

APA-nın xəbərinə görə, “Akare Education Fairs” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə dünyanın 4 qitəsindən 100 universitet bir araya gəlib. İki gün davam edəcək sərgidə Şimali Kipr, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Litva, Türkiyə, İsveçrə və digər ölkələrin ali təhsil ocaqları iştirak edirlər.

Sərgi çərçivəsində bəzi ölkə universitetləri tərəfindən xaricdə təhsillə bağlı bir neçə seminar da təşkil olunub. Bu seminarlarda iştirakçılara təhsil ocaqları barədə ətraflı məlumat verilib. Bundan əlavə, universitet nümayəndələri sərgiyə gələnləri qəbul şərtləri, güzəştlər və ölkənin təhsil sistemi haqqında ətraflı məlumatlandırıblar. Bakalavr, magistratura, MBA proqramları və dil məktəbləri barədə də iştirakçılara müəyyən məlumatlar verən universitet nümayəndələri tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, beynəlxalq təhsil sərgisi sabah saat 17:00-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR