Rusiya Hava-Kosmik Qüvvələri: ABŞ silahlı münaqişə zonalarında qəsdən GPS siqnalına müdaxilələr edir

Rusiya Hava-Kosmik Qüvvələri: ABŞ silahlı münaqişə zonalarında qəsdən GPS siqnalına müdaxilələr edir
# 04 oktyabr 2015 05:17 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun qərargah rəisi general-mayor Anatoli Nesteçuk “RSN” radiostansiyasının “Baş Qərargah” (“Qenştab”) proqramında bildirib.

“Son silahlı münaqişələrin təhlili göstərdi ki, düşmən dezinformasiya məqsədilə öz sistemlərinin naviqasiya göstəricilərinə qəsdən düzəlişlər etmək imkanından aktiv şəkildə istifadə edir. Biz GPS qəbuledicilərinin təqdim etdiyi məlumatları nəzərə almırıq”, deyə Anatoli Nesteçuk qeyd edib.

“Onlar, həqiqətən, bu üsuldan istifadə edirlər”, deyə general fikrini bir daha təsdiqlədi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR