Bakı Dövlət Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, Nazirlər Kabinetinin ali təhsil müəssisələrinin və elmi təşkilatlarının 2015-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı barədə 29 sentyabr 285 saylı sərəncamında əksini tapıb.
BDU-da doktoranturaya ayrılan yerlərdən 26-ı əyani, 45-i qiyabi qəbul planına daxildir. Dissertanturaya ayrılan 67 plan yerindən isə 56-ı büdcə hesabına, 11 yer ödənişli əsaslarladır.