Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər seçilib

Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər seçilib
# 28 oktyabr 2014 09:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisdə Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər seçilib.

APA-nın məlumatına görə, bununla bağlı parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarında dəyişiklik səsə qoyularaq qəbul edilib.

Spiker Oqtay Əsədov layihəni təqdim edərək bildirib ki, hazırda boş qalan Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri yerinə Gülçöhrə Məmmədovun seçilməsi təklif olunur.

Səsvermə nəticəsində G. Məmmədova bu posta seçilib.

Qeyd edək ki, qrupun rəhbəri hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, keçmiş deputat Mübariz Qurbanlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR