ABŞ və Britaniyanın Azərbaycandakı səfirlikləri Neft və Qaz Sərgisi ilə bağlı qəbul təşkil edib - FOTOSESSİYA

ABŞ və Britaniyanın Azərbaycandakı səfirlikləri Neft və Qaz Sərgisi ilə bağlı qəbul təşkil edib - <span style="color: red;">FOTOSESSİYA
# 03 iyun 2015 08:34 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, dövlət, hökumət nümayəndələri və digər qonaqlar iştirak edib.

Açılış nitqi ilə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robrt Sekuta sərginin çox böyük əhəmiyyəti olduğunu vurğulayıb. O bildirib ki, ABŞ regional, Avropa vә qlobal sәviyyәdә enerji tәhlükəsizliyini tәmin etmәk üçün Azәrbaycanla әməkdaşlığa davam edəcək. Səfir ölkəsinin bu əməkdaşlıqdan məmnun olduğunu söyləyib. Daha sonra çıxış edən London şəhərininin lord-meri Alan Yarrou Azərbaycanda keçiriləcək Avropa Oyunlarına toxunaraq ölkəsinin 2012-ci il Londonda Olimpiya Oyunlarına ev sahibliyi etdiyini xatırladıb: “Əksәr insanlar buna mәnfi münasibәt göstәrdi vә bunun uğursuz tәdbir olduğunu bildirdi. Lakin bu, ölkə tairixinə yazılan әn әhәmiyyәtli hadisələrdən birinə çevrildi. Şübhә etmirәm ki, Azәrbaycan da bu oyunları müvәffәqiyyәtlә hәyata keçirәcәk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR