Əflatun Amaşov Türk Dünyası Jurnalistləri Şurasının II toplantısına qatılacaq

Əflatun Amaşov Türk Dünyası Jurnalistləri Şurasının II toplantısına qatılacaq
# 25 may 2015 11:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Mətbuat Şurasının sədri Əflatun Amaşov Türk Dünyası Jurnalistləri Şurasının Kazanda keçiriləcək II toplantısında iştirak edəcək.

Şuradan APA-ya verilən məlumata görə, 26-29 may tarixlərində keçiriləcək toplantıda Ə. Amaşov qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətlərinə, türk dünyası mediasının mövcud dünya düzənindəki roluna dair məruzə ilə çıxış edəcək.

20 ölkədən 200-dən artıq nümayəndənin iştirak edəcəyi tədbirdə habelə dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanacaq. Türk dünyasının müştərək problemlərinə münasibətdə kütləvi informasiya vasitələrinin səfərbəredici missiyasına nəzər salınacaq. Səfər çərçivəsində Tatarıstan respublikasının rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri ilə görüşlərin təşkili də nəzərdə tutulur.

Toplantı iştirakçıları təmsil olunduqları bölgələrdən gətirdikləri qəzet nümunələri əsasında hazırlanacaq media sərgisinə də qatılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR