Küveyt Xəbər Agentliyinin təmsilçisi “APA Holding”də olub - FOTOSESSİYA

Küveyt Xəbər Agentliyinin təmsilçisi “APA Holding”də olub - <span style="color: red;">FOTOSESSİYA
# 11 aprel 2013 08:04 (UTC +04:00)

APA-nın məlumatına görə, qonağa “APA Holding”ə daxil olan kütləvi informasiya vasitələrinin fəaliyyəti, iş prinsipləri barədə geniş məlumat verilib. Yusif əl-Tattan Azərbaycanda ərəb dilində ilk dinamik informasiya resursunun məhz APA İnformasiya Agentliyi tərəfindən yaradıldığı, agentliyinin xəbərlərinin operativ şəkildə ərəb dilində yayımlandığı, artıq agentliyin ərəb ölkələrində də sabit oxucu kütləsinin formalaşdığı barədə məlumatlandırılıb. Azərbaycanla Küveyt arasında bir çox oxşarlıqlar olduğunu deyən qonaq təmsil etdiyi media qurumunun ölkəmizin kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib. Görüşdə KUNA ilə APA arasında əməkdaşlıq imkanları, təcrübə mübadiləsinin aparılması müzakirə olunub və buna dair təkliflərin hazırlanaraq media qurumlarının rəhbərlərinə təqdim edilməsi barədə razılıq əldə edilib.

Daha sonra KUNA təmsilçisi “APA Holding”ə daxil olan media qurumlarının iş prosesi ilə tanış olub, media qurumuna fəaliyyətində uğurlar diləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR