Mariya Zaxarova: "Rusiya Suriyaya hərbi texnika göndərdiyini heç vaxt gizlətməyib"

Mariya Zaxarova: "Rusiya Suriyaya hərbi texnika göndərdiyini heç vaxt gizlətməyib"
# 07 sentyabr 2015 11:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya terrorla mübarizə məqsədilə Suriyaya hərbi texnika göndərdiyini heç vaxt gizlətməyib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

Rusiyanın xarici işlər naziri və ABŞ dövlət katibi arasında gerçəkləşən telefon danışığını şərh edən diplomat bildirib ki, C. Kerri S. Lavrovdan Suriya hökumətinə Rusiya yardımları ilə bağlı məsələni soruşub: “Lavrov bu cür yardımın hər zaman edildiyini, Rusiya tərəfinin Suriya hökumətinə terrorla mübarizə məqsədilə hərbi texnika göndərdiyini heç vaxt gizlətmədiyini təsdiq edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR