Xaçmazda baş verən qəzada bir nəfər xəsarət alıb

Xaçmazda baş verən qəzada bir nəfər xəsarət alıb
# 11 aprel 2013 14:26 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon Qaraqutlu kənd sakini, 63 yaşlı Ənvər Babayevin idarə etdiyi 27 AC 430 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını Niyazabad kəndi istiqamətinə hərəkət edərkən idarəetməni itirərək yoldan çıxıb. Qəza nəticəsində yük avtomobilinin sürücüsü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR