Dənizkənarı Milli Park ərazisində intihara cəhd edən şəxs xilas edilib

Dənizkənarı Milli Park ərazisində intihara cəhd edən şəxs xilas edilib
# 14 avqust 2016 07:52 (UTC +04:00)

Bakı-APA. Bu gecə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfər (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola nəzarətsiz ərazidə) intihar məqsədiylə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaş çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 05:55-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR