Samir Nuriyev: "Avropa Oyunları ilə bağlı İçərişəhərdəki otellərdə yerlərin 70-80 faizi dolub"

Samir Nuriyev: "Avropa Oyunları ilə bağlı İçərişəhərdəki otellərdə yerlərin 70-80 faizi dolub"
# 05 may 2015 13:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu gün İçərişəhər ərazisində ictimai-iaşə obyektlərinin sayı kifayət qədər çoxdur. Bu da onlar arasında haqlı rəqabətin aparılmasına şərait yaradıb. Hesab edirik ki, Bakıda keçiriləcək Avropa Oyunları çərçivəsində burada qiymətlərin süni şəkildə qaldırılmasının qarşısını rəqabət şəraitinin yaradılması alacaq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev deyib. Onun sözlərinə görə, idarənin əməkdaşları tərəfindən süni qiymət artırmı ilə bağlı monitorinq keçiriləcək və hər hansı siqnallar daxil olduğu təqdirdə qarşısı alınacaq.

Otellərdə yerlərin dolmasına toxunan S. Nuriyev qeyd edib ki, yerlər dolmaq üzrədir: “Avropa Oyunlarına maraq gözlədiyimizdən də çoxdur. Otellərdə yerlər artıq 70-80%-i dolub”.

S. Nuriyev əlavə edib ki, İçərişəhər idarəsində olan mağazalarda suvenirlərin satışı ilə bağlı obyektlərdə bazar qiyməti formalaşdırılır. Onun sözlərinə görə, Avropa Oyunları çərçivəsində suvenirlərin sayı da artırılacaq: “Eyni zamanda, İçərişəhər dövlət qoruğu Heydər Əliyev Fondunun təşəbbüsü ilə 3 ildir, milli suvenirlər və əl işlərinin hazırlanması üçün İçərişəhərdə ənənəvi incəsənət mərkəzi yaradılıb. Həmin mərkəzdə milli suvenirlərin yaradılması, milli ornamentlərin elmi əsaslarla öyrənilməsi və ən yüksək səviyyədə hazırlanmasını təmin etmişik. Avropa Oyunları günlərində də mərkəz fəaliyyət göstərəcək. Orada nəinki suvenirləri əldə etmək, hətta onların hazırlanması prosesi ilə yaxından tanış olmaq imkanı olacaq”.

İdarə rəisi qeyd edib ki, Avropa Oyunları zamanı açıq qapı gününü keçirilməsi ilə bağlı danışıqlar gedir və bu barədə ictimaiyyətə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR