FED-in iclasından sonra neftin ucuzlaşması sürətlənib

FED-in iclasından sonra neftin ucuzlaşması sürətlənib
# 16 iyun 2016 06:04 (UTC +04:00)

Bakı - APA-Economics. Dünya bazarında neft sürətlə ucuzlaşır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,42 dollar azalaraq 47,59 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,31 dollar azalaraq 48,66 dollar olub.

Beləliklə, neft artıq 5-ci gün dalbadal ucuzlaşır. Brent markalı neftin qiyməti mayın 24-dən etibarən minimum səviyyəyə enib.


Neftin ucuzlaşmasına səbəb kimi ABŞ-da neft buruqlarının sayının artması və Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirəcəyi referendumun yaxınlaşması göstərilir. Federal Ehtiyatlar Sisteminin dünən uçot dərəcəsinin əvvəlki (0,25-0,5%) səviyyədə saxlaması neftin ucuzlaşmasını daha da sürətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR