Bank Of Baku

Türkiyə səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib

Türkiyə səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib
# 28 avqust 2026 20:24 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, qəbulda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycanın ictimai-siyasi xadimləri, media nümayəndələri iştirak edib.

Tədbirin açılışında hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbirə göndərdiyi mesajı oxuyub.

Çıxışda qeyd olunub ki, 30 Avqust Zəfəri türk xalqının əsarəti qəbul etməyəcəyini bütün dünyaya göstərib və Anadolu torpaqlarında milli müstəqilliyin qorunmasını təmin edib. 104 il əvvəl xalqın nümayiş etdirdiyi əzmkarlıq, cəsarət, birlik və qətiyyətin bu gün də Türkiyə üçün əsas motivasiya mənbəyi olduğu vurğulanır.

Ardınca çıxış edən müdafiə naziri Zakir Həsənov bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağları hər keçən gün daha da möhkəmlənir.

“Bu münasibətlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bizə miras qoyduğu “Bir millət, iki dövlət” prinsipi və Türkiyə Respublikasının qurucusu, Azərbaycanın böyük dostu və dövlət xadimi Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” prinsipi əsasında inkişaf edir”, - nazir qeyd edib.

O, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini vurğulayıb.

Çıxışlardan sonra tədbir davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR