Baronessa Nikolson: “Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr güclüdür”

Baronessa Nikolson: “Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr güclüdür”
# 01 iyun 2016 18:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Burada olduğum müddətdə bir sıra Britaniya şirkətləri ilə, o cümlədən BP şirkətinin rəsmiləri ilə görüşdüm. İnanıram ki, burada daha çox Böyük Britaniya şirkətləri fəaliyyət göstərəcək".

APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson deyib.

O bildirib ki, Britaniya şirkətləri burada işləməkdən məmnun olduqlarını bildiriblər: "Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr güclüdür. İki ölkə arasında ticarət dövriyyəsi çox yaxşı səviyyədədir. Burada Birləşmiş Krallığın 400 şirkət fəaliyyət göstərir. Onların arasında ən böyük sərmayəçi BP-dir. Əsas məqsədimiz odur ki, iki ölkə arasında ticarət dövriyyəsini bir neçə dəfə artıraq. Azərbaycan prezidenti bu günkü görüşdə o inkişafını arzuladığı sahələrdən biri kimi turizmin adını çəkdi. Britaniya bu gün turizm sahəsində çox inkişaf edib. Düşünürəm ki, əlaqələrimizin inkişafı Azərbaycanda turizmin inkişafına təkan verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR