Türkiyə millət vəkilləri parlamentin zirzəmisində qalacaqlarını deyiblər

 Türkiyə millət vəkilləri parlamentin zirzəmisində qalacaqlarını deyiblər
# 16 iyul 2016 02:36 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. 15 iyulda axşam saatlarında Türkiyədə dövlət çevrilişinə cəhd edən xuntanın 16 iyulda saat təxminən 3-də Türkiyə Böyük Millət Məclisinin binasına bomba atmasından sonra Məclisin müxtəlif partiyalara mənsub bəzi millət vəkilləri zirzəmiyə enərək bir müddət orada qalmağa qərar veriblər.

APA-nın İstanbuldakı müxbirinin verdiyi məlumata görə, bu barədə mediaya açıqlama verən bəzi millət vəkilləri “Bizə bir neçə gün kifayət edəcək ərzağımızı da gətirmişik, zirzəmidə qalaraq çevrilişə cəhd edən xuntaçılar tamamilə məğlub edilənə qədər işlərimizə orada davam edəcəyik” deyiblər.

Digər tərəfdən, baş nazir Binali Yıldırım Ankara səmalarında uçuşlara son qoymaları üçün xuntaçılara 2 saat vaxt verdiklərini açıqlayıb. ”Biz hazırda onlara hava sahəmizdəki uçuşları yasaqlayırıq. Onların havadakı təyyarə və helikopterlərinə istər havadan və istərsə qurudan müdaxilə edəcəyik. Bu xəbərdarlığımızı nəzərə alsınlar” deyə baş nazir Yıldırım vurğulayıb.

Digər tərəfdən, NYV kanalının verdiyi son dəqiqə xəbərinə görə, xuntaçıların girov götürdükləri baş qərargah rəisi, ordu generalı Hulusi Akar keçirilən əməliyyat nəticəsində girovluqdan xilas edilib. Anadolu Agentliyi isə baş qərargah bölgəsindən atışma səslərinin gəlməyə davam etdiyini xəbər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR