Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 May
# 14 may 2015 17:09 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Suriya və İraqda proseslərin nəzarətdən çıxması, İsraillə korlanan münasibətlər, Səudiyyə Ərəbistanının arxa çevirməsi... ABŞ-ın Yaxın Şərq siyasətinin iflasını təkcə bu faktlar ifadə etmir... Vaşinqtonun yanlış Yaxın Şərq siyasəti bölgəni İrana qazandırdı, Ağ Ev indi siyasi xətti dəyişərək İranı qazanmağa çalışır... Eyni zamanda Avropanın Yaxın Şərqdə mövqelərini zəiflətməyə cəhd edir... Vaşinqtonun Yaxın Şərq strategiyasını köhnə dostları sıxışdıraraq bazardan çıxarmaq, köhnə düşmənləri dosta çevirərək bazarı genişləndirmək kimi xarakterizə etmək olar... Ağ Ev üçün çətin olacaq, Böyük Ortadoğu layihəsi ilə Yaxın Şərqin şirəsini daha da artıran ABŞ bu şirəyə başqa milçəklərin qonmasının qarşısını ala bilmədi... Nəticədə Yaxın Şərq Avropa İttifaqı, Rusiya, Çin, Hindistan kimi böyük güclərin və Türkiyə, Səudiyyə Ərəbistanı, İran kimi regional oyunçuların mübarizə məkanına çevrildi. İştirakçıların çoxluğu ABŞ-ın onsuz da dar olan Şərq bazarını daha da daraldıb. Birləşmiş Ştatlar bu səbəbdən mübarizənin ağırlıq mərkəzini qismən Afrikaya, əsasən isə Cənub-Şərqi Asiya regionuna dəyişmək istəyir... Çinli politoloqun demək istədiyi də budur - Vaşinqtonun Cənub - Şərqi Asiya regionuna meyllənməsi revanş götürmək məqsədi daşıyır, revanş isə məğlub olanlar can atırlar...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR