Peskov: “Rusiya, Azərbaycan və İran liderlərinin görüşü ilin ikinci yarısında keçiriləcək”

Peskov: “Rusiya, Azərbaycan və İran liderlərinin görüşü ilin ikinci yarısında keçiriləcək”
# 03 iyun 2016 12:18 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünə hazırlıq getdiyini təsdiqləyib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, D. Peskov liderlərin görüşünün nə vaxt və harada keçiriləcəyinə aydınlıq gətirməyib: “Görüş ilin ikinci yarısının əvvəllərinə planlaşdırılır. Razılıq əldə olunduqdan sonra məlumat verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR