Azərbaycan İstanbulda keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində iştirak edəcək

Azərbaycan İstanbulda keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində iştirak edəcək
# 15 dekabr 2012 13:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) gələn ilin may ayında Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan İDEF-2013 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.

Azərbaycan tərəfi bu dəfə sərgidə 2011-ci illə müqayisədə daha böyük stendlə iştirak etmək niyyətindədir. Bundan başqa, Azərbaycan Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları və digər hərbi qurumların rəhbərliyinə sərgidə iştirakla bağlı dəvət göndərilib.

Qeyd edək ki, MSN bununla İDEF sərgisinə üçüncü dəfə qatılmış olacaq. Nazirlik 2009-cu ildə İDEF-də 27, 2011-ci ildə isə 89 adda müdafiə təyinatlı məhsulu sərgiləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR