Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində azalma müşahidə olunub

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində azalma müşahidə olunub
# 14 iyul 2014 11:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 120 faizini təşkil edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyulun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 74 m3/s və ongünlük normanın 36 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 106 m3/s təşkil edərək ongünlük normanın 95 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2 sm azalma, Bankədə 18 sm artım qeydə alınıb, Surrada, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR