Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi bir ildə 17% artıb

Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi bir ildə 17% artıb
# 18 dekabr 2014 11:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu yanvar-noyabr ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,8% artaraq 820,4 mln. manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5%-i hüquqi şəxs statuslu müəssisələrin, 53,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin h əcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,2% artaraq 375,6 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR