Orxan Kərimovun və digər təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədə çıxış ediblər

Orxan Kərimovun və digər təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədə çıxış ediblər
# 08 fevral 2013 14:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Vəkil Müzəffər Baxışovun APA-ya verdiyi məlumata görə, prosesdə Orxan Kərimovun və digər təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Orxan Kərimovun vəkilləri Ramiz Məmmədov və Müzəffər Baxışov, həmçinin digər təqsirləndirilən şəxslərin vəkilləri Bəylər Məmişov, Rəşad Mirmehdizadə və Eldar İsmayılov çıxış edərək, Orxan Kərimovun əməlində cinayət tərkibi olmadığını və onun bu cinayət işinə heç bir adiyatının olmadığını deyiblər.

Proses fevralın 15-də davam etdiriləcək. Həmin gün təqsirləndirilən şəxslər son sözlə çıxış edəcəklər.

Xatırladaq ki, O. Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

Ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR