“Societe de Courtage” sığorta şirkətinin məcmu kapitalı azalıb

“Societe de Courtage” sığorta şirkətinin məcmu kapitalı azalıb
# 02 aprel 2015 11:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Societe de Courtage” sığorta və təkrarsığorta brokeri MMC-nin aktivləri 1 386 443,52 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 55,32% çoxdur.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində də azalma qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 17,20% azalaraq 253 163,24 manat olub.

2014-cü ildə şirkətin cəmi gəlirləri 327 670,89 manat, cəmi xərcləri isə 226 644,24 manat təşkil edib. Şirkət ötən ili 79 459,04 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR