“Atəşgah Həyat Sığorta” aktivlərini artırıb

“Atəşgah Həyat Sığorta” aktivlərini artırıb
# 10 aprel 2015 12:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Atəşgah Həyat Sığorta” ASC ötən il aktivlərini artırıb.

APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “Atəşgah Həyat Sığorta”nın məcmu aktivləri 2013-cü il ilə müqayisədə 19,20% artaraq 52 mln. 388 min 830,79 manat olub.

Hesabat dövründə şirkətin öhdəlikləri 12,12% artaraq 42 mln. 961 min 893,07 manata çatıb.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı 62,50% artaraq 6 mln. 500 min manat, məcmu kapitalı isə 67,32% artaraq 9 mln. 426 min 937,72 manat təşkil edib.

2014-cü ildə “Atəşgah Həyat Sığorta”nın cəmi gəlirləri 37 mln. 103 min 320,83 manat, cəmi xərcləri 35 mln. 323 min 109,76 manat olub.

Şirkət ötən ili 1 mln. 424 min 168,86 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR