Yukiya Amano: “AEBA İranın nüvə proqramının mahiyyətini hələlik təyin edə bilməyib”

Yukiya Amano: “AEBA İranın nüvə proqramının mahiyyətini hələlik təyin edə bilməyib”
# 29 noyabr 2012 16:45 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramının mahiyyətini, xüsusən də hərbi məqsədli olub-olmamasını hələlik təyin edə bilməyib”. APA-nın məlumatına görə, bunu agentliyin icraçı direktoru Yukiya Amano deyib.

O bildirib ki, təşkilat bu istiqamətdə heç bir konkret nəticə əldə edə bilməyib: “İrandan AEBA-nın beynəlxalq müfəttişlərini “Parçin” hərbi bazasına buraxmasını istəyirik. Tehranı bir daha ekspertlərin hərbi bazaya girişini təmin etməyə çağırırıq”.

Qeyd edək ki, AEBA və İran arasında növbəti görüşün dekabrın 13-də Tehranda keçirilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR