Qeyri-həyat sığortası bazarında yığım 19%, ödəniş 11% artıb

 Qeyri-həyat sığortası bazarında yığım 19%, ödəniş 11% artıb
# 18 mart 2015 13:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 82,1 mln. manatı və ya 80,7%-i qeyri-həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 19,3% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların təxminən 35,8%-i və ya 29,4 mln. manatı tibbi sığortanın, 12,4%-i və ya 10,2 mln. manatı avtomobillərin icbari sığortasının, 9,6%-i və ya 7,9 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, 8,4%-i və ya 6,9 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 6,8%-i və ya 5,6 mln. manatı kasko sığortasının, yenə də 6,8%-i və ya 5,6 mln. manatı hava nəqliyyatı vasitələrinin sığortasının, qalan 20,2%-i və ya 16,5 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

2 ay ərzində sığorta ödənişlərinin 81,7%-ni və ya 19,6 mln. manatını qeyri-həyat sığortası təşkil edib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 42,1%-i və ya 8,3 mln. manatı tibbi sığortanın, 24,4%-i və ya 4,8 mln. manatı avtomobillərin icbari sığortasının, 22,3%-i və ya 4,4 mln. manatı kasko sığortasının, qalan 11,2%-i və ya 2,2 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqına görə 23,9 manat ödəniş edilib. 2014-cü ilin yanvar-fevral aylarında bu göstərici 25,6 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR