“Bakıelektrikşəbəkə” mobil telefon istifadəçiləri üçün yeni xidmətini istifadəyə verib

“Bakıelektrikşəbəkə” mobil telefon istifadəçiləri üçün yeni xidmətini istifadəyə verib
# 02 oktyabr 2014 10:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakıelektrikşəbəkə” ASC abonentlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə yeni bir layihəyə start verib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, smartfon və android tipli mobil istifadəçiləri üçün mobil həll (application) istifadəsinə verilib. Belə ki, bu proqramı mobil telefona yükləməklə müştərilər borcunu, faktura, ödəmələrini və həmçinin, elektron müraciətdən yararlana bilərlər.

Qeyd edək ki , proqram üç dildə - Azərbaycan, Rus və İngilis dillərində istifadəyə verilib. Müştərilər “BesMobile” proqramını “PlayStore”dan ödənişsiz yükləyə bilərlər.

Yükləmə linki:

https://play.google.com/store/apps/details?id=air.net.fullflash.beshmobile&hl=en

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR