Ucarda baş verən yol qəzasında 3 nəfər ağır xəsarət alıb

Ucarda baş verən yol qəzasında 3 nəfər ağır xəsarət alıb
# 05 fevral 2013 14:13 (UTC +04:00)

Ucar. Elvin Yaqubov - APA. Bakı-Qazax yolunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 16:30 radələrində magistral yolun 245-ci kilometrliyində, Ucar rayonu ərazisində qeydə alınıb.

1969-cu il təvəllüdlü Ucar sakini Əliyev Mətləb Əli oğlunun idarə etdiyi 10 CS 098 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik maşını qarşı tərəfdən gələn Ağdam sakini, 1955-ci il təvəllüdlü Behbudov Elmar Behbud oğlu məxsus 02 BK 085 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və “Chevrolet Cruze”nin sürücüsünün həyat yoldaşı, 1954-cü il təvəllüdlü Behbudova Simuzər Qasım qızı ağır dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR