Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb - VİDEO

Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb - <span style="color: red;">VİDEO
# 13 noyabr 2015 06:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün noyabrın 12-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 13-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 12-si ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0502 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0032 manat və ya 0,28% artaraq 1,1334 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,86% azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR