İrəvanda polis etiraz aksiyasını dağıdıb- YENİLƏNİB-3

İrəvanda polis etiraz aksiyasını dağıdıb- <span style="color: red;">YENİLƏNİB-3
# 21 iyul 2016 03:55 (UTC +04:00)

Bakı-APA. Ermənistan hüquq-mühafizə orqanları İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyasını dağıdıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, 30-dək etirazçı saxlanılıb.

Qeyd edək ki, bu gecə İrəvanda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 28-i polis əməkdaşı olmaqla 51 nəfər xəsarət alıb.

***

04:46

Bakı-APA. İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində xəsarət alanların sayı 51-ə çatıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.

“İndiyədək müxtəlif tibb mərkəzlərinə 51 yaralı çatdırılıb, onlardan 28-i polis əməkdaşlarıdır. Xəsarət alanlara lazımı yardım göstərilir. Onların həyatlarına təhlükə yoxdu”, deyə A.Aytayan vurğulayıb.

***

01:16

Bakı-APA. İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində xəsarət alanların sayı 45-ə çatıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın Səhiyyə nazirliyinin məlumatında bildirilir.

“Tibb müəssisələrinə göndərilən 45 nəfərdən 25-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır”, məlumatda qeyd olunub.

***

22:26

Bakı-APA. İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında polislə etirazçılar arasında toqquşmalar başlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, etirazçılar polisə daş və müxtəlif əşyalar atıb, polis havaya atəş açandan sonra işıq-səs qumbaralarından istifadə edib.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

***

20:50

Bakı-APA. İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsinin ərazisinə əlavə polis qüvvələri yeridilib

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, eyni zamanda binanın yaxınlığında 200 etirazçı aksiya keçirir.

Onlar polisdən xüsusi əməliyyat keçirməməyi tələb edirlər.

Qeyd edək ki, artıq 4-cü gündür ki, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Silahlılar hazırda 4 nəfəri girov saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR