Bu ildən Azərbaycanda kollecə qəbul qaydaları dəyişdirilib - VİDEO

Bu ildən Azərbaycanda kollecə qəbul qaydaları dəyişdirilib - <span style="color: red;">VİDEO
# 26 may 2015 08:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ildən Azərbaycanda kollecə qəbul qaydaları dəyişdirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, bu ildən etibarən əvvəlki illərdə olduğu kimi I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə imtahanda iştirak edib toplanılan bala əsasən kolleclərin müsabiqəsində iştirak etmək mümkün deyil.

Bu il tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (texnikumlara) qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən və 11 illik bazada kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün isə iyulun 2-də buraxılış imtahanları səviyyəsində qəbul imtahanı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR