Lənkəran Dövlət Universitetinin prorektoru tutulub - YENİLƏNİB

Lənkəran Dövlət Universitetinin prorektoru tutulub - <span style="color: red;">YENİLƏNİB
# 16 aprel 2013 10:04 (UTC +04:00)

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. E. Sultanov qeyd edib ki, ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin universitetinin tərbiyə işləri üzrə prorektoru Qorxmaz Kazım oğlu Ağayev şübhəli şəxs qismində tutulub.

Fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb, istintaq aparılır, təfərrüatlar barədə ictimaiyyətə əlavə informasiya veriləcək.

***

saat 10:24

Bakı. Fuad Cəfərov - APA. Lənkəran Dövlət Universitetinin rektorunun köməkçisi tutulub.

APA-nın cənub bürosunun məlumatına görə, universitetin rektoru Asəf İsgəndərovun köməkçisi Qorxmaz Ağayev Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən aprelin 15-də keçirilən əməliyyat zamanı saxlanıb. Q. Ağayevin hansı cinayətdə ittiham olunduğu açıqlanmır.

Əməliyyat və rektor köməkçisinin saxlanması barədə məlumat hələlik rəsmi dairələr tərəfindən təsdiqlənməyib. Əməliyyat zamanı digər saxlanılanların olub-olmaması barədə də məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR