Avropa İttifaqının liderləri Ukrayna prezidenti ilə Minsk razılaşmalarını müzakirə edəcəklər

Avropa İttifaqının liderləri Ukrayna prezidenti ilə Minsk razılaşmalarını müzakirə edəcəklər
# 26 avqust 2015 23:42 (UTC +04:00)

Bakı-APA. Avqustun 27-də Brüsseldə Avropa İttifaqı liderləri Ukrayna prezidenti Pyotr Poroşenko ilə Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə edəcəklər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasında keçirilən brifinqdə bildirilib.

“Avropa Komissiyasının sədri Jan Klod Yunker Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşəcək. Avropa Komissiyası Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlı mövcud problemlərdən narahatdır. Bununla bağlı cənab Yunker Ukrayna prezidentindən müvafiq məlumatlar gözləyir. Həmçinin, Komissiya məsələ ilə əlaqədar daim Rusiya hökuməti ilə sıx əlaqədədir”, deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.

Ukraynanın dövlət başçısı həmçinin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşəcək.

Qeyd edək ki, P.Poroşenkonun Brüsselə səfəri Avropa İttifaqı XİN rəhbərlərinin qeyri-rəsmi görüşü ərəfəsində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR