Azərbaycan ərazisində havanın temperaturu yüksəlir - VİDEO

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir - <span style="color: red;">VİDEO
# 24 fevral 2015 09:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Fevralın 25-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, gecəyə doğru bəzi yerlərdə çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, səhər və axşam bəzi şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR