Bakı - APA-Economics. Rusiya hökuməti dünya bazarında neftin qiymətinin stabilləşməsi üçün öz hasilatını azalda bilər.
“APA-Economics”in RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Bununla belə, A. Novak qeyd edib ki, bu məsələ ciddi şəkildə incələnməlidir: “Çünki Rusiyanın dövlət büdcəsi önəmli dərəcədə neft sektorundan asılıdır”.