“Qəbələ” – “Kəpəz” oyunu sabah davam etdiriləcək

“Qəbələ” – “Kəpəz” oyunu sabah davam etdiriləcək
# 31 oktyabr 2015 17:05 (UTC +04:00)

Bakı-APA. Topaz Premyer Liqasının XI turunun “Qəbələ” - “Kəpəz” oyunu yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, buna hava şəraiti səbəb olub.

Belə ki, Qəbələ şəhər stadionunda güclü dumanın olması səbəbindən hakimlər matçı dayandırmaq məcburiyyətində qalıb.

Görüşün baş hakimi Rəhim Həsənovun və AFFA nümayəndələrinin ortaq qərarına əsasən, qarşılaşma sabah saat 20:00-da qaldığı yerdən - 30-cu dəqiqədən davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR