İranda SEPAH bölmələri və terrorçular arasında atışma baş verib

İranda SEPAH bölmələri və terrorçular arasında atışma baş verib
# 25 iyun 2016 13:46 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhəri yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) əməkdaşları ilə terrorçular arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Sərvabad sərhəd bölgəsində baş verən atışma nəticəsində bir neçə terrorçu öldürülüb. Hazırda bölgədə təmizləmə əməliyyatı davam etdirilir.


Qeyd edək ki, ötən həftə SEPAH bölmələri və terrorçular arasında Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə bölgəsində baş verən atışmada 12 terrorçu məhv edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR